Cəbrayıl rayon Mərkəzi kitabxanası

Cəbrayıl rayon MKS
Tədbirlər
18 İyun , 2014

Ümummilli Lider Heydər  Əliyevin 91 iliyi münasibəti ilə Cəbrayıl rayonunda 14 may 2014-cü ildə müxtəlif başlıqlar altında kitablar sərgilənmişdir.  Ümummilli Lider Heydər  Əliyevə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevaya həsr olunmuş və müxtəlif ədəbiyyatlardan ibarət kitab sərgisi təşkil olunmuşdur. Oxucular tərəfində müsbət qarşılanan kitab sərgiləri açıq hava altında 3 gün təşkil olunmuşdur. Kitab sərgisindən  əlavə kosert proqramı da hazırlanıb  kitab sərgisinə əlavə olunmuşdur. Kosert proqramında bir çox oxucularımızda öz şer və mahnıları ılə  iştirak etmişdir. Tədbirdə Sədaqət Ağayev, Fatma Əhmədova, Oktay Əliyev, Nargilə Əhmədova, Allahverdi Məmmədov və Namiq Vəliyev öz nəğmələri ilə oxucuları və əhalini feyziyab etdilər. Tədbir çox yüksək qiymətlədirildi.Belə tədbirlər mütamadi olaraq keçrilir və bundan da sonra keçriləcək.